Azərbaycan daha bir Olimpiya medalından məhrum edilir

Azərbaycan daha bir Olimpiya medalından məhrum edilir
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilə bilər. 
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) təkrar dopinq testlərin nəticələrini açıqlayıb.
 
2012-ci ildə keçirilmiş London Olimpiadasında iştirak etmiş idmançılardan bəzilərinin təkrar testləri müsbət nəticə verib. Onların arasında həmin yarışların bürünc medalını qazanmış Azərbaycan təmsilçisi Valentin Xristov da var. 56 kq çəki dərəcəsində mübarizə aparan bolqar legionerin sidik analizlərində qadağan olunmuş dehidroxlorometiltestosteron maddəsi aşkar edilib.

Valentin Xristovdan başqa, Meline Daluzyan (Ermənistan), Nikolay Novikov (Belarus), Aleksey Toroxti (Ukrayna) və Ruslan Nurudinovun (Özbəkistan) təkrar dopinq-testinin nəticəsi müsbət çıxıb. Adıçəkilən bütün idmançılar yarışlardan kənarlaşdırılıb. 

Qeyd edək ki, Olimpiya Oyunlarında qazandığımız mükafatların ləğv edilməsi halı daha əvvəl də müşahidə edilib. Azərbaycanlı ağırlıqqaldıran Nizami Paşayevin də dopinq analizləri müsbət çıxdığı üçün Pekin-2008 Olimpiadasında qazandığı 5-ci yer və diploma əlindən alınmışdı. Elə həmin yarışlardan gümüş medal qazanmış yunan-Roma güləşçimiz Vitali Rəhimov da sonradan eyni səbəbdən mükafatı ilə vidalaşmalı olmuşdu.
Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestestoron maddəsi aşkarlandığı üçün 2 il, 2015-ci ildə isə nandrolon tapılması səbəbindən 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristov 2013-cü il Avropa çempionatının qızıl, 2015-ci il dünya çempionatının bürünc medalından məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...