Azərbaycan çempionatında qalmaqal: Boksçu polisə aparıldı - VİDEO

Azərbaycan çempionatında qalmaqal: Boksçu polisə aparıldı - VİDEO
 Boks üzrə Azərbaycan çempionatında 64 kq çəki dərəcəsində Elməddin İsmayılovla İxtiyar Qazıbəyov arasında keçirilmiş 1/4 final görüşünün nəticəsi ləğv olunub. Bu barədə "Report"a İsmayılovun özü məlumat verib.

21 yaşlı bildirib ki, Qazıbəyova qalib gəlsə də, ertəsi gün qərar dəyişdirilib. Halbuki, qarşılaşmadan sonra rinq hakimi onun əlini havaya qaldırıb. Ertəsi gün gənc boksçu Elvin İsayevlə yarımfinal döyüşünə gəldiyi vaxt ona növbəti mərhələyə Qazıbəyovun yüksəldiyi deyilib.

Bundan narazı qalan İsmayılov haqsızlıqla üzləşdiyini iddia edib: "Mən əslən Xocalıdanam. Kasıb ailədə böyümüşük. İxtiyar Qazıbəyovun əmisi Eldar Qazıbəyov isə polis rəisidir. Belə ədalətsizlik olmaz. Hamının gözü qarşısında qalib olsam da, "torbamı tikdilər". Şikayət etdik, amma xeyri olmadı".

Öz növbəsində Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov qalibin adının ertəsi gün dəyişdirilməsində qeyri-adi bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Boks Federasiyasının (AİBA) yeni qaydalarına əsasən, 1/4 final görüşündən sonra Qazıbəyov etiraz məktubu yazıb. Ertəsi gün isə mütəxəssislər görüntülərə baxaraq, hakimin qərarını dəyişdiriblər: "Bu, Azərbaycan çempionatında ilk belə hal deyil. Daha 3 döyüşün nəticəsi dəyişdirilib. O cümlədən, Qazıbəyovun yarımfinalda Elvin İsayevlə keçirdiyi görüşdən sonra bu cür hal yaşandı. İsayevin etirazına baxıldı və o, qalib elan olundu. Bu gün isə Elvin ölkə çempionu adını qazandı. Bütün etirazlara 1/4 final döyüşlərinin ertəsi günü baxıldı. Sadəcə, İsmayılov və Qazıbəyova deyildi ki, gözləsinlər, kim qalib gəlsə, o, yarımfinal döyüşü üçün tərəziyə çıxsın. Məhz buna görə hər ikisi çağırılmışdı".

Səfərov İxtiyar Qazıbəyovun Elməddin İsmayılovla döyüşün ertəsi günü əmisinə görə qalib elan olunduğuna dair iddialara da münasibət bildirib: "Kiminsə qohumu polis rəisidirsə, biz nə edə bilərik? Döyüşün diski var. İstəyən adam gəlib mütəxəssislərlə baxıb rəy verə bilər. Baxdılar və rəy verdilər ki, Qazıbəyov qalibdir. Yarımfinal görüşündə isə Qazıbəyova qələbə verilsə də, diskə baxıldıqdan sonra Elvin İsayev qalib elan olundu. Təbii ki, uduzan tərəf qərarla heç vaxt razılaşmır. Lakin bu, yeni qaydadır və artıq bütün səviyyədən olan yarışlara şamil olunur. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə boksçumuz Lorentso Sotomayora finalda haqsızlıq edildiyi halda, şikayətimizə baxılmamışdı".

Qeyd edək ki, Eldar Qazıbəyov Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisidir. 
 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...