Azərbaycan bu ölkədən 26 milyonluq siqaret alıb

Azərbaycan bu ölkədən 26 milyonluq siqaret alıb

Ukrayna 2017-ci ilin yanvar-iyul aylarında 147,303 milyon ABŞ dolları məbləğində siqaret, siqar və papiros məhsulları ixrac edib.

Bu rəqəmlər Ukrayna Dövlət Fiskal (Maliyyə) Xidmətinin hesabatında yer alıb.

Bu dövrdə siqaretin ən iri idxalçısı Yaponiya olub. Ukraynadan bu ölkəyə 37,2 milyon dollarlıq siqaret məhsulu ixrac edilib. İkinci yerdə olan Gürcüstan 28,9 milyon dollarlıq, üçüncü olan Azərbaycan isə 25,6 mln. dollar məbləğində siqaret alıb.

Eyni zamanda, hesabat dövründə siqaret idxalı 29,6 mln. dollar təşkil edib. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR