Azərbaycan BMT-nin ən fəal üzvlərindəndir - Möller

Azərbaycan BMT-nin ən fəal üzvlərindəndir - Möller

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub.

Bu barədə Sfera.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Abidənin açılışında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov və başqaları iştirak edib.

Açılışda çıxış edən Mixael Möller Ariana parkındakı abidələr kolleksiyasını zənginləşdirən maraqlı incəsənət əsərini hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Baş nazirin müavini Əli Həsənov isə Cenevrə bölməsinin rəhbəri Mixael Möllerə Azərbaycanın bu müraciətinə müsbət yanaşdığına görə təşəkkür edib.

Abidənin açılışından sonra qonaqlara ziyafət verilib. Ziyafət verilən zalda Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...