Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə Mailbox funksiyası da əlavə olundu

Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə Mailbox funksiyası da əlavə olundu
Azərbaycan Beynəlxalq Bankı İnternet Bankçılıq xidmətindən istifadə edən korporativ müştərilərinin işini daha da asanlaşdırıb. Bu Xidmətə indi Mailbox funksiyası da əlavə edilib.
 
Yeni funksiya hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə bankla rəsmi yazışmalar aparmaq imkanı verir. Bir çox əməliyyat sənədlərini indi banka gəlmədən skanlaşdıraraq Mailbox vasitəsilə göndərmək, yaxud bankdan onlayn qaydada almaq olar. Müştəri bu funksiyadan faydalanmaq üçün hesabının olduğu filiala müraciət etməlidir.
 
İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:

-Bank hesabına nəzarət;
-Hesabdan çıxarış;
-Ölkədaxili köçürmələr;
-Bankdaxili köçürmələr;
-Ölkəxarici köçürmələr;
-Kütləvi köçürmələr;
-Əməkhaqqı ödənişləri;
-Vergi ödənişləri;
-ƏDV ödənişləri;
-Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin innovativ imkanlardan faydalana bilməsi üçün bank bu istiqamətdə tədbirləri davam etdirəcək: "Çalışırıq ki, məhsul və xidmətlərimizdən istifadə müştərilərimiz üçün daha əlçatan və rahat olsun”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Sfera.az







  

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...