Azərbaycan Beynəlxalq Bankından Sahibkart sahibləri üçün daha bir imkan

Azərbaycan Beynəlxalq Bankından Sahibkart sahibləri üçün  daha bir imkan
 
Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərin işini asanlaşdırmaqdan ötrü daha bir imkan yaradıb. Bankın onlar üçün
təqdim etdiyi Sahibkart plastik kartına malik hər kəs indi öz hesabına "E-manat”
terminalları vasitəsilə vəsait mədaxil edə bilər.
Mədaxil əməliyyatını həm şəxsiyyət vəsiqəsinin FİN kodu, həm hesab
nömrəsi, həm də 7 rəqəmli müştəri kodu vasitəsilə həyata keçirmək mümkündür.
Bu xidmət respublika ərazisindəki bütün "E-manat” terminallarında keçərlidir.
Ödəniş zamanı 100 (bir yüz) AZN məbləğinədək mədaxil üçün heç bir komissiya
tutulmur.
Sahibkart məhsulunu hər bir fərdi sahibkar əldə edə və öz biznes
fəaliyyətində bu kartlardan faydalana bilər. Sahibkart plastik kartları müştərilərin
rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına
xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat
almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha
banka gəlməyə ehtiyac yoxdur. Müştəri Sahibkartla hesabını çox asan şəkildə
idarə etmək imkanına malikdir. Vergi borclarını və başqa ödənişləri bu kartla
internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu
ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar.
"Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun
Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR