Azərbaycan Beynəlxalq Bankından fermerlərə 7%-lə kredit

Azərbaycan Beynəlxalq Bankından fermerlərə 7%-lə kredit
Azərbaycan Beynəlxalq Bankı fermerlərə güzəştli şərtlərlə kredit verəcək. Bankın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə imzaladığı niyyət protokolunda belə bir güzəşt nəzərdə tutulub. Kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin maksimal məbləği 200 000 manatadək olacaq. Kreditlər 7% illik faiz dərəcəsi ilə veriləcək.
 
Xatırladaq ki, mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə ölkəmizdə fəaliyyət göstərən 8 bank-kredit təşkilatı arasında protokol imzalanıb. Bu banklardan biri də Azərbaycan Beynəlxalq Bankıdır. Protokola Xidmətin rəisi Mirzə Əliyevlə Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov imza atıb. Mərasimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.
 
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: "Kiçik və orta sahibkarlığa dəstək Azərbaycan Beynəlxalq Bankı üçün əsas prioritetlərdəndir. Kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi xüsusilə əhəmiyyət kəsb edir. Bu protokol çərçivəsində ayrılmış kredit limiti kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayacaq”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 
 
Sfera.az











OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...