Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək

Azərbaycan Beynəlxalq Bankından Bakı Caz  Festivalına dəstək
 
Bu gün Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı - "Baku Jazz-2019” başlanır.
Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən
Azərbaycan Beynəlxalq Bankı "Baku Jazz-2019”-un da sponsorlarındandır.
Festivalın açılış mərasimi bu gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcək.
Oktyabrın 27-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli
zəngindir. Festivalın konsert proqramları Rotunda Caz Klubunda, Beynəlxalq
Muğam Mərkəzində, Akademik Musiqili Teatrında təşkil olunacaq. Festival
çərçivəsində cazla bağlı maraqlı filmlərin nümayişi, seminarlar, sərgilər olacaq.
Festivala oktyabrın 27-də Rotunda Caz Klubunda yekun vurulacaq.
Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm
də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən
"European Jazz Network” təşkilatının üzvüdür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR