Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2019” beynəlxalq sərgisində
10:40 / 24.09.2019
1354
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il
ənənəvi qaydada təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 23-26 sentyabr tarixində
Londonda keçirilir. Əvvəlki illərdə olduğu kimi Azərbaycan Beynəlxalq Bankı bu il də SIBOS
sərgi-konfransına qatılıb. Bankı bu beynəlxalq tədbirdə Baş direktor Fuad İslamov və
Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.
SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının
nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni
bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin
qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-
ci ildən başlanıb.
"SIBOS – 2019” çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti
xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan
JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale,
Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər
keçirəcəklər. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf
prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək və gələcək əməkdaşlıq perspektivləri
müzakirə ediləcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək
olar.