Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi

Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik”  xidmətindən istifadəni pulsuz etdi
 Bank əməliyyatlarının maksimum təhlükəsizliyi üçün ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank plastik kartlarla əməliyyatlar zamanı təhlükəsizliyi ən yüksək səviyyədə qoruyan "3D Təhlükəsizlik” (3D Secure) xidmətinə qoşulmağı müştərilər üçün pulsuz edib. Xidmətdən istifadəyə görə də müştərilərdən heç bir komisyon haqq tutulmayacaq. Bundan başqa, bank "3D Secure SMS qeydiyyat” xidmətini də istifadəyə verib. 
 
"3D Təhlükəsizlik” texnologiyası beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış qlobal protokoldur. Bu texnologiya ödəniş kartları ilə onlayn əməliyyatlar zamanı müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qoruyur. Kart sahibi öz mobil telefon nömrəsini bu xidmətə qoşur. Hər dəfə internet ödənişi zamanı həmin nömrəyə birdəfəlik təhlükəsizlik şifrəsi göndərilir. Yalnız həmin kod daxil edildikdən sonra ödənişin başa çatdırılması mümkün olur. Beləliklə, kart itirildikdə, kartın nömrə və şifrəsi başqa əllərə keçdikdə onunla onlayn əməliyyatlar aparmağın qarşısı tam alınır. Mobil telefon nömrəsi Azərbaycan Beynəlxalq Bankının məlumat bazasında olan hər bir müştəri indi bu sistemə avtomatik qoşulacaq. Digər müştərilər isə sistemə bankın ATM-ləri, bankın  filial və şöbələri,  yaxud Azerikard prosessinq mərkəzinin 194 nömrəli Məlumat Mərkəzi vasitəsilə qoşula bilərlər.  
Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: "Bu texnologiya müştəriyə qarşı dələduzluq risklərinin aradan götürülməsinə xidmət edir. "3D Təhlükəsizlik” xidmətindən faydalanan müştərilərimiz kart əməliyyatlarının tam təhlükəsizliyinə əmin ola bilərlər”. 
 
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...