Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və liderlik Konfransına dəstək verdi

Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və liderlik Konfransına dəstək verdi


 

"Bulvar Hoteldə” 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçirilib. ALPHA Coaching & Consulting şirkətinin təşkilatçılığı, Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə "İndi dəyişiklik zamanıdır” devizi altında təşkil olunan konfransa Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərib.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı bildirib ki, dünyanın qabaqcıl şirkətləri kouçinqdən geniş şəkildə istifadə edirlər: "Bu, qurumdaxili ab-havanın yaxşılaşdırılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi, əməkdaşların motivasiya və performanslarının yüksəldilməsi üçün dəyərli bir alətdir. Azərbaycan Beynəlxalq Bankının 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstəyi də bu tədbirin cəmiyyətimiz üçün əhəmiyyətindən, ölkəmizin biznes mühitinə müsbət faydalarından irəli gəlir”.

Tədbirin təşkilatçısı ALPHA Coaching & Consulting şirkətinin qurucusu, Beynəlxalq Kouçinq Federasiyasının assosiativ üzvü Fidan Əzimli bildirib ki, kouçinq – müasir iş dünyasının yüksələn trendidir: "O, müsbət dəyişikliklər və faydalı öyrənmə üçün əvəzsiz fürsətlər yaradır. 1-ci Bakı Kouçinqvə Liderlik Konfransı da ölkəmizdə bu sahədə maraqlı bir ənənənin əsasını qoydu”.

Toplantıda Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan 300-dən çox mütəxəssis və idarəçi iştirak edib. 1-ci Bakı Kouçinq və Liderlik Konfransında BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gestalt Kouçinq Məktəbinin qurucusu Dorozi Siminoviç, Avropa Mentorinq və Kouçinq Şurasının Prezidenti Rıza Kadılar, Beynəlxalq Kouç Federasiyasının regional direktoru Veronika Lisayt, PwC Azərbaycanın ölkə üzrə idareedici partnyoru Mövlan Paşayev, ICF Türkiyə ofisinin rəhbəri Fatma Eser Ömeroğlu, Six Seconds şirkətinin regional direktoru Ceyn Morrison, Adler Central Europe şirkətinin baş direktoru Ayşe Coral, "Forbes” jurnalının köşə yazarı Anna Mavriçeva, Qlobal Kouçinq Universitetinin prezidenti Alexandra Pritsker və b. tanınmış xarici və yerli kouçlar, liderlik üzrə mütəxəssislər maraqlı təqdimatlarla çıxış ediblər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...