Azərbaycan Avtomobil Federasiyası beynəlxalq sertifikatlaşdırılmış təlimlər keçirəcək - FOTO

Azərbaycan Avtomobil Federasiyası beynəlxalq sertifikatlaşdırılmış təlimlər keçirəcək - FOTO
Azərbaycan Avtomobil Federasiyası (AAF) Garagineering GMBH şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. 

Sfera.az  xəbər verir ki, memoranduma əsasən, "Garagineering GMBH" Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə ölkəmizdə avtomobillərə texniki xidmət göstərən işçi heyət üçün sertifikatlaşdırılmış təlimlər keçirəcək. Təlimlərin yekununda attestasiyadan keçən şəxslər beynəlxalq dərəcəli usta sertifikatı alacaqlar. Qeyd edək ki, "Garagineering GMBH" şirkəti Almaniya və Türkiyədə beynəlxalq dərəcəli təlimlər üzrə ixtisaslaşıb. 

Təlimlərin məqsədi AAF-ın fəaliyyət istiqamətlərinə uyğun olaraq, avtomobil sənayesində peşəkar mütəxəssislərin hazırlanması və bu peşəyə gənclərdə marağın yaradılmasıdır.

İştirak etmək istəyən şəxslər qeydiyyat üçün [email protected] ünvanına müraciət edə və ya (+99450) 2950100 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...