İdman

Azərbaycan Avropanın ən zəif altı komandasından biridir

Azərbaycan Avropanın ən zəif altı komandasından biridir

AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları başa çatıb.

Sfera.az  sportal.az-a istinadən xəbər verir ki, E qrupunda qərarlaşan Azərbaycan millisi 6-cı  oyununda Macarıstanın qonağı oldu və 0:1 hesabı ilə uduzdu. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan altı millidən biridir.

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 14 top buraxıb.

Azərbaycan - 1 xal, 5:14

Litva - 1 xal, 5:19

Estoniya - 1 xal, 2:14

 

Cəbəllütariq - 0 xal, 2:19

Latviya - 0 xal, 2:27

San Marino - 0 xal, 0:43.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930