Azərbaycan Avropa Parlamentinə müşahidəçilərlə bağlı müraciət etməyib
13:00 / 09.03.2018
3523
Azərbaycan hökuməti Avropa Parlamentinə prezident seçkilərinə öz müşahidəçilərini göndərmək xahişi ilə müraciət etməyib.
Sfera.az bildirir ki, bu barədə virtualaz.org-a hökumətdəki mənbələrdən məlum olub.
Mənbə bildirib ki, buna görə də Avropa Parlamentindəki müəyyən qrupların məlum informasiyanı seçkilərdə müşahidədən öz imtinaları kimi təqdim etmək cəhdi ən azı mənasız görünür.
Mənbə onu da xatırladıb ki, qarşıdakı seçkilərdə müşahidəçi kimi ATƏT-dən, Avropa Şurasından və başqa nüfuzlu beynəlxalq təşkilatlardan nümayəndə heyətləri iştirak edəcəklər.