Azərbaycan ATƏT PA-nın sessiyasından imtina etdi

Azərbaycan ATƏT PA-nın sessiyasından imtina etdi

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında iştirakdan imtina edib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, vitse-spiker Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qurumun Ulan-Batorda (Monqolustan) keçirilən payız sessiyasına qatılmayıb.

B. Muradova açıqlamasında bununla bağlı verilən qərarın səbəbini açıqlayıb: 
“Əvvəla, həm mən, həm də Azay Quliyev qarşıdan gələn parlament seçkilərində namizədliklə bağlı məsələlərlə məşğuluq. Əvvəldən də yalnız Azay Quliyevin orada iştirakı nəzərdə tutulmuşdu. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə etməmək barədə qərarından sonra ümumiyyətlə belə mənasız müzakirələrdə iştiraka lüzum görmədik.

Düşündük ki, indiki halda elə mənasız müzakirələrə baş qoşmaqdansa, Azərbaycandakı normal seçki mühitindən istifadə edib, bu demokratik prosesdə iştirak etmək daha yaxşı olar. Lakin bu, hazırkı dövr üçün verilən qərardır, növbəti toplantılara aidiyyəti yoxdur”.

Qeyd edək ki, ATƏT PA-nın sentyabrın 15-də başlayan sessiyası bu gün başa çatır.

Xatırladaq ki, sentyabrın 11-də ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi ilə bağlı qərarını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...