Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı
Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə kampaniyanın müddətinin 31 avqust 2021-ci il tarixinədək uzadılması barədə qərar vermişdir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.


Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.




Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.


Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.


OXŞAR XƏBƏRLƏR