İqtİsadİyyat

Azər Türk Bank kredit ödənişlərinə СashBack tətbiq edir

Azər Türk Bank kredit ödənişlərinə СashBack tətbiq edir
Daim müştərilərnin rifahı qayğısına qalan dövlət bankı Azər Türk Bank bu istiqamətdə daha bir maraqlı yeniliyin tətbiqinə qərar verib. Bank cari ilin 1 may tarixindən etibarən müştəriləri üçün sərfəli "Kredit ödənişi üzrə CashBack” adlanan xidmətə başlayır. 

Belə ki, Azər Türk Bankın təqdim etdiyi "İstehlak” krediti məhsulu üzrə 18 aydan yuxarı müddətə rəsmiləşdirilmiş kreditlər üzrə ödənişlər gecikdirilmədən, qrafik üzrə müəyyən edilmiş vaxtda və məbləğdə həyata keçirildiyi halda, aylıq ödənilən vəsaitin 1,5%-i müştərinin arzusuna uyğun olaraq, onun cari hesabına yaxud Azər Türk Bankdakı kart hesabına qaytarılacaqdır. 

Məsələn, müştərinin aylıq ödənişi 1000 manatdırsa  və ödənişi hansı ay vaxtında həyata keçirərsə, həmin məbləğdən 15 manat müştəriyə qaytarılır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı  www.azerturkbank.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031