Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu

Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 aprel 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq, 332  milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 156,2 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 33% çoxdur.

Ümumi gəlirlər 7,8 milyon manat , xərclər 7,4 milyon manat olmuşdur. Birinci rübdə Bank, keçən ilin eyni dövrünə nisbətən iki dəfədən çox, 390,6 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 52,3 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 23,7 %, leverec əmsalı 14,3% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 2,83 % səviyyəsində olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi  276,3 milyon manat təşkil etmişdir.

Bank 151,5 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 49,8 milyon manatı əhalinin əmanətləridir.

Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85% artaraq, 52 924 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...