Azər Türk Bank “Bahar kampaniyası”na başlayır

Azər Türk Bank “Bahar kampaniyası”na başlayır
 
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank 8 Mart Beynəlxalq
Qadınlar günü, Novruz bayramı və 28 May Respublika Günü münasibətilə yeni kampaniyaya —
"Bahar kampaniyası”na start verir.
2 mart - 29 may tarixləri arası davam edəcək kampaniya müddətində "İstehlak” krediti əldə etmək
istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 3 aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu
kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.
Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin
maksimum məbləğini 30 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində
müəyyənləşdirmişdir.
Qeyd edək ki, 37- 48 ayadək müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata
keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri
qaytarırıq (cashback).
2 - 6 mart tarixləri ərzində xanım müştərilərdən, 26 - 29 may tarixləri arası isə bayramlar münaibətilə
bütün müştərilərdən, İstehlak krediti rəsmiləşdirildikdə, komissiya tutulmayacaqdır.
Kampaniya ərzində güzəşt müddəti olan və güzəşt müddəti olmayan kredit xətti əldə edən müştərilərə,
kreditin müddətinə uyğun olaraq MC Gold və ya VISA Gold kartları hədiyyə ediləcək .

"Bahar kampaniyası”nda plastik kartların əldə edilməsində də güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur.
Kampaniya müddətində debet kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif
ediləcəkdir.
Eləcə də 2 - 6 mart tarixlərində kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara 8 Mart
Beynəlxalq Qadınlar günü münasibətilə 3 illik MC Gold və ya VISA Gold debet kartı hədiyyə
ediləcəkdir.
26 - 29 may tarixləri ərzində kart sahibi olmaq istəyən bütün müştərilərə 28 May Respublika Günü
münasibətilə Bank tərəfindən 3 illik MC Gold və ya VISA Gold debet kartı pulsuz veriləcəkdir.
Kart əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim
etməklə, yaxud onlayn sifariş vermək olar.
Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ
səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə
bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...