Azər Türk Bank 2019-cu ili mənfəətlə başa vurub

Azər Türk Bank 2019-cu ili mənfəətlə başa vurub
 
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2020-ci il tarixinə aktivlərinin həcmi
347,7 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi
7% artaraq 178,4 milyon manata çatmışdır. Cəmi bank öhdəlikləri 292,1
milyon manat təşkil etmişdir.
Məcmu kapitalın həcmi 50,3 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın
məcmu kapitalının adekvatlıq əmsalı 34%, leverec əmsalı isə 13,6% təşkil
edir ki, bu da müəyyən edilmiş normalardan üç dəfə çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
Ötən ilin son rübündə Bank 602 min manat həcmində xalis mənfəət əldə
etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən
çoxdur.
Depozit portfeli 142,1 milyon manat həcmində olmuşdur ki, bunun da 38
milyon manatı əhalinin əmanətləridir.
2019-cu ildə Bankın müştərilərinin sayı 36 faiz artaraq 65 990 nəfərə
çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi
Azərbaycan dövlətinə məxsusdur.

OXŞAR XƏBƏRLƏR