“Azər Toxum” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib
19:40 / 29.03.2020
20868
"Azər Toxum” MMC koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edib.
Bu barədə "Report”a "Azər Toxum” MMC-dən məlumat verilib.
Məlumata görə, qurum, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürüb.