Azər Günaya cavab verdi: Keçmişini unutmasın — MÜSAHİBƏ + VİDEO

Azər Günaya cavab verdi: Keçmişini unutmasın — MÜSAHİBƏ + VİDEO
Xəbər verdiyimiz kimi, bir neçə həftə bundan öncə aparıcı Azər Zahidin "Instagram” hesabında müğənni Günay İbrahimli ilə paylaşdığı arxiv fotosu iki məşhuru düşmən edib.
 

Sfera.az-ın məlumatına görə, Günay İbrahimli bununla bağlı oxu.az-a açıqlamasında bildirib ki, Azərlə şəxsi tanışlığı belə yoxdur.

Günayın açıqlamalarından sonra Azər müsahibəsində Günay İbrahimli ilə yaşadığı qaranlıq hadisəyə aydınlıq gətirib. 

- Bir foto sizi müğənni Günay İbrahimli ilə düşmən etdi. Aranızda nələr baş verir?

- Mənim Günayın arxiv fotosunu paylaşmağımda heç bir pis niyyət və məkr yoxdur. Yayımladığım posta yazmışam ki, "Bizim şou-biznes inkişaf edir”. Yəni artıq ulduzlarımız əlçatmazdır. Günaya və ya başqa bir müğənniyə zəng vurub, onunla əlaqə yaratmaq çətinləşib. Çünki onlar artıq ulduz həyatı yaşayırlar. Bu anlaşılmazdıqdan sonra G.İbrahimlinin köməkçisi ilə əlaqə saxlasam da, özü ilə danışa bilmədim.

 

- Sizi qıcıqlandıran nə oldu ? 

- Günay deyib ki, telefonuma zəng gəldi və məndə o adda adamın nömrəsi yoxdur. "O” sözünü işlətməsi çox xətrimə dəydi. 20 ildir ki, mən - Azər Zahid, televiziyada çalışıram və "o” oldum. Belə çıxır ki, mənim adım yoxdur. Qeyd edim ki, gündə bir nömrə dəyişən Günayın məndə 3-4 nömrəsi var. Müğənnilər, eləcə də Günay İbrahimli başa düşməlidir ki, onlar nə qədər inkişaf edib, önə çıxsalar da, keçmişini unutmamalıdır. 

- Əvvəllər Günay İbrahimli ilə münasibətiniz necə olub?

- İllər öncə zəng vurub mənimlə əlaqə yaradanda xoş idi, indi mən zəng vuranda dəstəyi qaldırmır. Nə Günayla, nə də digər müğənni ilə problemim var. Bu mövzunun bu qədər böyüməsini heç istəməzdim. Sadəcə Günayın etik normaları pozub, qarşı tərəfi dinləmədən belə sərt şəkildə müsahibə verməsi şəxsən mənə xoş gəlmədi. 

Çox sağ olsun, o məni tanımırsa, mən onu tanıyıram. İstəməzdim mənim bu müsahibəmə cavab gəlsin. Amma o cavab verəcək, çünki emosional insandır.




OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...