Azəbaycanda KORONAVİRUS HƏYƏCANI - Bunlara Riayət Edin!

Azəbaycanda KORONAVİRUS HƏYƏCANI - Bunlara Riayət Edin!
Koronavirusun İranda yayılması və virusa yoluxanlanların ölməsi ilə bağlı xəbərlərin yayılması Azərbaycanda əhali arasında narahatlığa səbəb olub.

Sfera.az xəbər verir ki, bu gün sosial şəbəkələrdə koronavirusun Azərbaycana da gələcəyi ilə bağlı yazılı və səsli məlumatlar yayılıb. Məlumatda deyilir: "Hörmətli valideynlər. SOS! Azərbaycana da tezliklə koranovirus gələcək, bu dəqiqdir. İranda artıq yayıldı və ölənlər var. Nəzərə alın ki, biz kütləvi şəkildə bu virusun yayılmasının qarşısını almaq üçün tam hazırlıqsızıq, dövlət bu işlə əlbəttə ki, yüksək səviyyədə məşğul olmayacaq. Yalandan guya metrolarda dezinfeksiya işləri aparırlar. Bu çox azdır. Aşağıdakı qaydalara riayət etməklə xeyli qorunmaq olar:
1. İnsanların çox olduğu yerlərə, mallar, restoranlar və s. bu aralarda getməyin. Sezon apreldə bitir. Hava isinəndən sonra artıq virus qorxulu deyil.
2. Əlləri tez-tez sabunla yuyun. Asqırdıqdan, öskürdükdən sonra bir daha mütləq yuyun! İctimai yerdə asqırıb, öskürəndə ağızı qolun dirsək hissəsi ilə tutun, ovucun içi ilə yox. Çünki sonra o ovucla stola, digər yerlərə toxunacaqsız, virusu ötürmə riskiniz çoxalır.
3. Maskadan istifadə edin. 3 qat! 3 maskanı üst-üstə geyinin ictimai yerlərdə! Maska hər 3 saatdan bir dəyişməlidir, onun qoruyuculuğu 3 saatdan sonra azalır!
Avtobus, adamların çox olduğu yerdən aralanandan sonra maska hökmən dəyişilməlidi! Maska çıxarılarkən onun ön səthinə toxunmayın. Qulaq hissədəki rezindən tutub çıxarın və atın. Sonra əlinizi yuyun! Sonra təzə maska geyinin!
4. Özünüzlə spirt gəzdirin. Əlləri və burun keçəcəklərini tez-tez spirtləyin
5.  akvamaris sprey alın gündə 9-10 dəfə buruna püskürdün!
6. Bayırdan evə gələn kimi geyimlərinizi dərhal çıxarın, o geyimlə divanda, stulda qəti şəkildə oturmayın.
7. Evi tez-tez silib təmizləyin. Xlorlu məhlullarla döşəməni, qapıları, qapı tutacaqlarını dezinfeksiya edin. Hamam, tualeti mükəmməl dezinfeksiya edin!
8. Ayaqqabı ilə evin içinə girilməsin. Ayaqqabını bayırda soyunun, əlinizə alın və gətirin rəfə qoyun. Altı evin girəcəyinə, yerə dəyməsin!
9. Heyvanlarla təmasdan tam çəkinin!
10. Ət, yumurta və s. i yaxşıca bişirin.
Və ən əsası!
11. Uşaqlarınıza və özünüzə eleuterekok nastoykası alın. Baha deyil və çox yaxşı immuniteti qaldırır. Və A və E vitamini ilə zəngin
12. Kivi, mandarin, nar, apelsin çox yeyin. Yaxşı qidalanın. Bu arada qəti dieta filan saxlamayın.
13. Görüşəndə əllə görüşməyin, öpməyin!

Vəsonuncu. BU ÇOX VACİBDİR! 

Əziz valideynlər, əgər uşağınızda və özünüzdə az da olsa, qripp əlamətləri varsa, hətta özünüzü yaxşı hiss edirsinizsə belə, xahiş olunur EVDƏ QALIN! Və ən qısa zamanda həkimə müraciət edin analizlə bu virusun olub-olmaması aşkarlansın,karantin olunsun və hökmən xəstəxana nəzarətində olun!"

Yayılan məlumatla bağlı Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumatda  qeyd edilib ki, sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.
Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...