Azay Quliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO

Azay Quliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO
Monteneqronun Prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA Monteneqroda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə görüşüb.

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Prezident Vuyanoviç Adminstrasiyasının mətbuat xidməti və rəsmi saytı yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə Prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda seçkilərin azad, ədalətli və demokratik standartlara cavab verən səviyyədə keçiriləcəyini əmin edib. Bu məqsədlə Prezident Vuyanoviç bildirib ki, beynəlxalq müşahidəçilərin, ATƏT PA rəsmilərinin və müşahidə missiyasının, habelə yerli müşahidəçilərin iştirakından məmnundur və xüsusilə missiyanın fəaliyyətinə böyük dəyər verir.

"ATƏT PA-nın təmsilçiləri öz növbəsində deyiblər ki, missiyanın əsas məqsədi mövcud mandat çərçivəsində fəaliyyət göstərməkdir və ümid edirlər ki, seçkidə iştirak edən tərəflər xoş və qarşılıqlı hörmətə söykənən münasibət sərgiləyəcəklər"- deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Monteneqroda Parlament seçkiləri 16 oktyabrda baş tutacaq və ATƏT PA vitse- prezidenti Azay Quliyev seçkiləri müşahidə missiyasının rəhbəri kimi bu ölkədə səfərdədir. Azay Quliyev seçkilərdən bir gün sonra- 17 oktyabrda seçki ilə bağlı Parlament Assamblyesının ilkin rəyini mətbuata açıqlayacaq.

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...