Azay Quliyev: \"Bu uğurun arxasında Pprezident İlham Əliyevin mükəmməl və qətiyyətli siyasəti dayanır\"
19:01 / 08.07.2019
2180
Xəbər verdiyimiz kimi, Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə bu vəzifəyə seçilib.
Sfera.az xəbər verir ki, Azay Quliyev ikinci müddətə ATƏT PA-nın vitse-prezidenti seçilməsini, mühüm beynəlxalq platformada ölkəmizin əldə etdiyi növbəti uğuru Prezident İlham Əliyevin mükəmməl və qətiyyətli siyasətinin nəticəsi adlandırıb: "İkinci müddətə ATƏT PA-nın vitse- prezidenti vəzifəsinə yekdilliklə seçilməyim ölkəmizə olan yüksək etimadın və inamın göstəricisidir. Beynəlxalq aləmdə qazanılan hər bir uğurun arxasında ölkə prezidenti cənab İlham Əliyevin mükəmməl və qətiyyətli siyasəti dayanır".