Azarkeşləri “Sumqayıt”ı belə ziyana saldı

Azarkeşləri “Sumqayıt”ı belə ziyana saldı
 Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 
 

Sfera.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turu ilə bağlı qərarlar qəbul edilib. 

"Neftçi” – "Sumqayıt” oyununda ev sahibi komandanın oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Elə həmin matçda "Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün kluba 800 manat cərimə kəsilib.

"Səbail” – "Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 800 manat cərimə olunub.

"Qəbələ”  - "Keşlə” oyununda qonaqların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR