Dünya

“Azan türkcə oxunsun” açıqlaması CHP-də bomba kimi partladı - Kılıcdaroğluna sərt sözlər

“Azan türkcə oxunsun” açıqlaması CHP-də bomba kimi partladı - Kılıcdaroğluna sərt sözlər
Türkiyədə "Azan türkcə oxunsun” şəklində qalmaqalı çıxışı ilə təpkilərə səbəb olan və bu səbəbdən partiyasının intizam komissiyasına cəlb edilən CHP-li Öztürk Yılmaz, partiya sədri Kamal Kılıçdaroğlunu sərt şəkildə tənqid edib.

Yılmaz partiya sədri Klıcdaroğlunu diktatorluqda ittiham edib.

"Bu intizam araşdırması səhvdir, hüquqsuzluqdur. Bu CHP olaraq fərqli bir yerdə olduğumuzun göstəricisidir. Əgər öz partiyanda, öz deputatlarına qarşı senzura tətbiq edirlərsə bu CHP siyasəti ola bilməz. Siz birinə diktator deyirsinizsə və öz partiyanızın içərisində onun bir surətini formalaşdırırsınızsa, bu CHP siyasətinə ziddir.

Bütün seçkiləri uduzub hələ də kreslonu tərk etməyən anlayış CHP siyasəti ola bilməz. Mən sənə olan ümidimi kəsmiş bitirmişəm. Hesabın mənim qarşımı kəsmək, məni şeytanlaşdırmaqdır.

Sən istəyirsən ki, Öztürk Yılmaz partiyadan rədd olub getsin, istəyirsən çünki sən məni rəqib kimi görürsən. İstəyirsən ki, çıxıb gedim. Sən idarə edə bilmirsən, mən də bir hazırlıq içindəyəm bilirsən. Sən məni rəqib kimi görürsən. Partiya daxilindəki yüksəlişimdən narahatsan. Tarix səni mühakimə edəcək. Sən şərəfsiz  bir işə imza atdın. İstefa vermirəm, nə edirsənsə et. Bacarırsan qov məni partiyadan rəzil ol utanmaz ol”- Yılmaz Öztürk belə deyib./Avropainfo
AdRiver

XƏBƏR LENTİ