«AZAL» vətəndaşlara və büdcəyə ağır zərbə vurur

«AZAL» vətəndaşlara və büdcəyə ağır zərbə vurur
Aviaşirkət Kopenhagenə 1523, Türk Hava Yolları isə 474 manata uçur
İnformasiya saytlarında aviabiletlərin qiymətinin yüksək olmasını “AzAl”a istinadən “Avropa oyunları zamanı minlərlə idmançı və onların məşqçilərini pulsuz daşıdıqları” ilə izah ediblər. Absurd əsaslandırmadır və ümumiyyətlə əsaslandırma deyil. Əvvəla, barəsində söhbət gedən xərcləri dövlət üzərinə götürüb və “AzAl” da 100 faiz dövlət şirkəti olaraq bu xərcləri qarşılamağa borcu idi, bunu vətəndaşın dərisindən çıxartmağa bəhanə axtarmağa gərək yoxdur. Prezident də onların paxırını açdı, şirkətin büdcədən subsidiyalar aldığını dedi. Heç bunu ictimaiyyətə bildirmirdilər. Odur ki, bu məsələ müzakirə mövzusu deyil. Hazırda “Azərbaycan Hava Yolları” QSC-dən (“AzAl”) biletlərin ucuzlaşdırılması ilə bağlı məsələnin müzakirə olunduğu bildirilib. Hər kəs monopolistdən möcüzə gözləyir. Lakin deyildiyi kimi, Türkiyəyə uçuşun 100 manatın altında olacağı nağıl kimi görünür, birdən-birə bu qədər “endirim”ə gedəcəkləri inandırıcı səslənmir. Bununla belə dövlət başçısının dediyi kimi “AzAl”ın uçuş qiymətlərini iki dəfə aşağı salmaq mümkündür. Bunu bizimyol.info portalının əməkdaşının “AzAl və “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətlərinin web-saytına istinadən eyni istiqamətlər üzrə uçuş qiymətlərinin müqayisəsi deməyə əsas verir. Qonşu ölkədə qiymətlər orta hesabla bizdən iki, bəzən də üç dəfə ucuzdur.

Hər iki şirkətin internet resurslarında iyulun 21-dən 31-nə olan tarixi seçdim. Bakının Heydər Əliyev Hava Limanından İstanbul Atatürk Hava Limanına gediş-dönüş biletinin (return ticket) qiyməti “AzAl”da (econom class) 318 manatdır (bütün rüsum və xidmətlər daxil). İstanbuldan Bakıya 951 TRY-dir, yəni türk lirəsi. Bu isə təqribən 380 manat deməkdir. Buraya da bütün xərclər daxildir. Eyni tarixlərə Bakıdan Antalyaya uçuş 644 manat, Antalyadan Bakıya 1358 TRY, yəni 543 manat təşkil edir. Bakı-Ankara-Bakı reysinə aviabilet 480 manat, Ankara-Bakı-Ankara reysinə isə 1105 lirədir, yəni 442 manatdır. Bakıdan Bodruma 710 manat, “Turkish Airlines” ilə Bodrumdan Bakıya birbaşa uçuş yoxdur. Amma göründüyü kimi fürsətdən istifadə edən “AzAl” tətil bölgələrinə qiymətləri qaldırır. Yayda insanlar turist bölgələrini seçirlər, meqapolisləri yox, odur ki, İstanbula uçuşun nisbətən ucuz olmasını bununla izah etmək olar. Bakıdan İzmirə də qiymət eynidir. İzmirdən Bakıya isə uçuş 1358 lirədir, 543 manat. “Turkish Airlines” ilə “AzAl” arasında anlaşmaya əsasən iki ölkəyə uçuşlar arasında qiymət fərqi demək olar azdır. Hər iki şirkətin Avropada eyni ölkələrə uçuş qiymətlərini də müqayisə etdim. “Turkish Airlines” ilə İstanbuldan Gürcüstanın paytaxtı Tiflisə 767 lirə (306 AZN), Batumi hava limanına 798 lirədir (283 AZN). Bakıdan Gürcüstana isə 310 manatdır, elə bir fərqi yoxdur. Görünür, bu da şirkətin qonşulara münasibətdə bərabər qiymət siyasətinə əsaslanır. İstanbuldan Moskvanın Vnukovo Hava Limanına aviabiletin qiyməti 827 lirə (330 AZN), Antalyadan 864 lirə (345 AZN), Bakıdan Moskvanın Domodedovo Hava Limanına gediş-dönüş bileti 468 manatdır. 100 manatdan artıq bir fərq var.

Baden Badenin “mavi gecələri”ni görmək sizcə neçəyə başa gələr?

İyulun 22-dən 31-nə qədər dövrdə Bakıdan İtaliyanın paytaxtı Roma və Milan şəhərinə aviabiletin qiyməti 496 manat, Venesiya şəhərinə 1277 manat, Fransanın Marsel şəhərinə 980 manat, Nitsaya 744 manat, Liona 680 manat, İngiltərənin Mançestr Limanına 507 manat (ekonom SPA, 1327 manat isə biznes SPA),  İrlandiyanın paytaxtı Dublinə 880 manat, Almaniya paytaxtı Berlinə 808 manat, Baden Baden şəhərinə 913 manat, Hamburqa 768 manat, Düsseldorfa 716 manat, İsveç paytaxtı Stokholma 878 manat, İsveçrənin Cenevrə şəhərinə 774 manat, paytaxt Sürixə 714 manat, İspaniyanın Barselona şəhərinə 830 manat, paytaxt Madridə 890 manat, Avstriyanın paytaxtı Vyanaya 673 manat, Macarıstanın paytaxtı Budapeştə 887 manatdır. Sonradan təkrar yoxlanışda sistem Budapeştə biletin qiymətini 1636 AZN göstərdi. Görünür həmin tarixə “ekonom class”da yer olmadığından “biznes class” təklif edilib, sonrakı tarixdə də 4 gecə 5 gün üçün 956 manat idi, sentyabrın 25-30-u arası qiymət 484 manat göstərdi, biznes class isə 5 günlük səyahətə görə 1164 AZN. Belçikanın paytaxtı Brüsselə uçuş 719 manat, Yunanıstan paytaxtı Afinaya 21-30 iyul aralığında 1156 manat, Çexiyanın paytaxtı Praqaya 639 manat, Danimarkanın paytaxtı Kopenhagenə 1523 manat, Rumıniyanın paytaxtı Buxarest şəhərinə 583 manat təşkil edir. Okeanın o tayına - Amerikanın Nyu-York şəhərinə biletin qiyməti 1096 manatdır. Hətta eyni ölkənin müxtəlif şəhərlərinə uçuşlar arasında da qiymət fərqi böyükdür.

Bakıdan Afinaya aviabilet 1156, İstanbuldan 305 manatdır

“Turkish Airlines” İtaliyanın paytaxtı Romaya 1134 lirə (453 AZN), Milana 1203 lirə (481 AZN), Neapola 1431 lirə (572 AZN), Fransa paytaxtı Parisə 1654 lirə (600 AZN), Marsel şəhərinə 2146 TRY (858 AZN), İngiltərənin Mançestr şəhərinə 1825 TRY (730 AZN), Almaniya paytaxtı Berlinə 834 TRY-yə (334 AZN) uçur. Türklər bu ölkəyə çox gedirlər, tələb varkən aviaşirkət qiyməti qaldıra bilər, amma qiymət “AzAl”ınkından 2.5 dəfə ucuzdur. Yenə Almaniyanın Frankfurt şəhərinə biletin qiyməti 1261 TRY (504 AZN), Düsseldorf hava limanına 886 TRY (354 AZN), Hamburq aeroportuna 878 TRY (350 AZN, Azərbaycandan 2 dəfədən çox ucuz), Baden Baden şəhərinə 1068 TRY (427 AZN, yenə bizdəkindən iki dəfə ucuz), Köln şəhərinə 1037 TRY (414 AZN), Avstriya paytaxtı Vyanaya 984 TRY (394 AZN), Belçikanın paytaxtı Brüsselə 934 TRY (374 AZN), İrlandiyanın paytaxtı Dublinə 2095 TRY (838 AZN), İsveç paytaxtı Stokholma 1398 TRY (560 AZN), İsveçrənin Cenevrə şəhərinə 1162 TRY (465 AZN), paytaxt Sürixə 864 TRY (345 AZN), İspaniyanın Barselona şəhərinə 1885 TRY (754 AZN), paytaxt Madridə 2039 TRY (815 AZN), Macarıstanın paytaxtı Budapeştə 738 TRY (295 AZN), Yunanıstan paytaxtı Afinaya 764 TRY (305 AZN), Çexiyanın paytaxtı Praqaya 895 TRY (358 AZN), Danimarkanın paytaxtı Kopenhagenə 1186 TRY (474 AZN, “AzAl”da qiymət bundan 3.2 dəfə bahadır), Rumıniyanın paytaxtı Buxarestə 593 türk lirəsinə (237 AZN) səyahət təşkil edir. Deyəcəklər, Afina Türkiyənin ağzının içindədir, şengen vizası olan Türkiyəyə gedib ordan Yunanıstana uça bilər. Qoy qiymət lap iki dəfə baha-başa gəlsin, daha 4 dəfə deyil. Şirkət eyni ölkələrin müxtəlif şəhərlərinə çox da fərqli qiymətlər tətbiq etmir. Əslində şirkətlərin təklif etdikləri xidmətlər onların internet resurslarının işindən də bəllidir, THY-nin saytı saat kimi işləyir, “AzAl” saytı isə dəfələrlə “error” verir, ya da saytdan istifadə etmək müvəqqəti mümkün olmur. Bir də ki, türk saytı qarışıq deyil, konkret parametrləri yazıb səhifənin sağ sütununda sizə lazım olan son rəqəmi alırsız. Vergi və havayolu rüsumları, xidmət xərcləri də ayrılıqda göstərilir, axırda son rəqəm verilir. “AzAl”ınkından isə baş açmaq olmur, gün ərzində saytdan istifadə zamanı dəfələrlə problem yaşadım. Sonda ümumiyyətlə sayt əməliyyatlara cavab vermədi və mən də müqayisəni yarımçıq kəsməli oldum.

“Wizz Air” 25 avroya da bilet təklif edir

Azərbaycandan çıxarılan “Wizz Air” Macarıstan Hava Yollarının web-saytında qiymətlər bizim ancaq yuxumuza girə bilər. “AzAl”-ın endirim aksiyalarında da heç bu qiymətlər yoxdur, kampaniyalar da əsasən birtərəfli biletlərə (single ticket) tətbiq olunur ki, rəqəmlər “gözə batmasın”. Həm də kampaniya çərçivəsində alınan biletləri dəyişdirmək və ya geri qaytarmaq mümkün deyil. Kampaniyada şirkət 389 avro bilet pulu qarşısında hləə bir “cəmi” sözünü də qoyub, sanki 389 avro pul deyil. Saytla tanışlıqdan sonra “AzAl”ın aviareyslərindən imtina edib, Gürcüstanı tranzit kimi seçib qonşu ölkəyə pul qazandıran turistlərimizi yaxşı başa düşürəm. Şirkətin wizzair.com saytında Gürcüstandan Budapeştə uçuşun qiyməti 90 avrodan başlayır, günlərə görə dəyişir, 110 avroya da var, 130 avroya da. Yenə Gürcüstandan Varşavaya aviabiletin qiyməti əsasən 60-70 avro arasında dəyişir, ən yüksək qiymət ayın 30-nadır, 110 avro təşkil edir. Kutaisidən Litvanın paytaxtı Vilnüsə 60-70 avro, ən pis halda 110 avro bilet qiymətidir. Bu şirkətin Londondan Varşavaya təşkil etdiyi aviareyslərdə biletin qiyməti 139 avrodan start götürür, maksimal qiymət 200 avrodur. İspaniya paytaxtı Madriddən Budapeştə olan qiymətlər 110 avrodan başlayır, 130 və 160 avroya da var. 

Misirdən də Budapeştə uçuş bileti 110 avro təşkil edir. İstanbuldan Macarıstana uçuşlar 40 avrodandır, əsasən 50-70 avro arasında tərəddüd edir, Portuqaliyadan da bu ölkəyə 110-160 avro təşkil edir. Moskvadan yenə paytaxt Budapeştə bilet qiyməti 67-87 avrodur. Parisdən Serbiyanın paytaxtı Belqrada orta qiymət 200 avrodur. Danimarkadan Polşanın Qdansk şəhərinə aviabiletin qiyməti cəmi 25 avrodur, ən bahalı bilet 70 avro təşkil edir. Bu biletlər biristiqamətli olsalar belə yenə sərfəlidir. Saytda “AzAl”ın təbirincə “cəmi” 389 avroluq bilet görmədim, təklif olunan qiymətlər əsasən 100 rəqəminin altındadır. Şirkət demək olar əksər dövlətlərdən öz ölkəsinə ikitərəfli ucuz reyslər təşkil edib və pulu da Macarıstan büdcəsinə qazandırır. Biz isə Gürcüstanın büdcəsinə tövfə verməklə məşğuluq, çünki başqa seçim yoxdur.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...