Azadlıq prospektində “BMW” ağaca çırpıldı - Fotolar
16:45 / 03.09.2015
1588
Bu gün axşam saatlarında Bakının Azadlıq prospektində yol nəqliyyat hadisəsi baş verib. Sfera.az oxu.az-a istinadən xəbər verir ki, “BMW” markalı “90 SH 522” dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını ağaca çırpıb. Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.