“Azadlığa çıxsam İlhamla Fərizənin məzarı başında “Yasin” oxuyacam” - Fədayə
12:55 / 03.12.2018
2670
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərin məhkəməsi keçirilib.
Hakim Azad Məcidovun icraatında olan prosesdə təqsirləndirilən şəxslər son söz deyib.
Mənim 9 nəfərlik ailəm var. Onlar mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu. Bacım onkoloji xəstədir. 22 ildir sənətdəyəm, ziyalı bir ailədə böyümüşəm, sadəcə həyatda heç vaxt şansım gətirməyib. Mən orada savadsız, mədəniyyətsiz adamların içindəyəm.
Məhkəmədən xahiş edirəm ki, məni əfv edəsiniz. Əhd eləmişəm ki, azadlığa çıxsam Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında "Yasin" oxuyacam.
Mən bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yaranacaq. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər əlbəttə bundan imtina edərdim, çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm.