Az qala gözünü itirəcəkdi... - FOTO

Az qala gözünü itirəcəkdi... - FOTO

İyunun 20-də Tbilisidə parlament binası qarşısında keçirilən kütləvi aksiyalar zamanı ağır yaralananlardan biri də A. S. Qriboyedov adına Dövlət Rus Dram Teatrının gənc aktyoru Dmitr Nakopiyadır.

"Qafqazinfo”nun "sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, 23 yaşlı aktyor da etirazçılar arasında olub. Polisin atdığı rezin güllələrdən biri onun sol gözünə dəyib. 

Baş vermiş hadisədən sonra onun yaralı fotosu sosial şəbəkələrdə sürətlə yayılıb, kor qala biləcəyi deyilib. Lakin aktyor iki əməliyyat keçirib və gözü xilas olunub.

Məlumata görə, Nakopiya hazırda reanimasiyadadır. Bir neçə günə evə buraxılsa da, uzun müddət reabilitasiya kursu keçməli olacaq.

Xatırladaq ki, Gürcüstanda aksiya nəticəsində 240 nəfər yaralanıb, onlardan 80 nəfəri polis əməkdaşlarıdır. Baş vermiş gərginliyə görə Belarus səfərini yarımçıq kəsərək ölkəyə qayıdan Prezident Salome Zurabişvili xəsarət alan vətəndaşlara xəstəxanada baş çəkib.


OXŞAR XƏBƏRLƏR