Aysel iddialara cavab verdi: \"Deyirlər ki, bunun nəyinə pul vermisən? \"

Aysel iddialara cavab verdi: \
Son günlər qalmaqallarla gündəmə gələn müğənni Aysel Əlizadə iddialara cavab verib.

Sfera.az bildirir ki, o, oxu.az-a müsahibəsində Türkiyə şou-biznesinə qatıldığını və orada ona tələbat olduğunu deyib:

"Mənim üçün belə bir şərait yarandı və mən Türkiyə şou-biznesinə qatıldım. Həm klip, həm də sinql üzərində çalışıram. Bir illik müqaviləmin vaxtı bitdi. İndi daha bir neçə müddətlik müqavilə imzalamışam. Demək olar ki, Türkiyə ilə iki illik müqaviləm var. Orada da məni gözü götürməyənlər çox olacaq. Amma bütün bunlara rəğmən orada insanların özümə qarşı sevgisini hiss edirəm. 10 ildir Bakıda fəaliyyət göstərirəm. Lakin Türkiyədə əldə etdiyim sevgi və uğur buradan artıqdır".

Aysel Türkiyədəki layihəsi ilə bağlı sponsor iddialarına da cavab verib:

"Deyirlər ki, bəzən mənə kimsə bu işlərimdə köməklik göstərir, yalandır. Ağ yalandır. Mənə heç kim yardım edə bilməz. Hətta orada şirkətlə işləsəm belə, şirkət də kömək edə bilməz. Mahnının reklamı üçün bir manat da olsun pul xərcləməmişəm".

Dəbdəbəli libasları ilə tez-tez gündəmə gələn Əlizadə bahalı qarderob məsələsinə də toxunub:

"Hər bir xanım kimi mən də geyinib-kecinməyi sevirəm. Qıraqdan baxıb deyirlər ki, bunun nəyinə pul vermisən, amma libas mənim ürəyimə yatırsa, mən onu alıb xoşbəxt oluram. Ucuz da, bahalı da geyinirəm. Yetər ki, bir şeyi sevim". 

OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...