Aysel Əlizadə Azərbaycanın ilk feminist saytını açdı

Aysel Əlizadə Azərbaycanın ilk feminist saytını açdı
Bu gün Azərbaycanda ilk feminist sayt yayıma başlayıb. Qadinkimi.com adlanan feministlərin saytı Azərbaycan Cümhuriyyətinin yüz illiyinə ithaf edilib. Saytda gender problemlərini əhatə edən bütün mövzular yer alacaq.
 
"Qadinkimi” layihəsinin rəhbəri yazıçı Aysel Əlizadə sayt haqda musavat.com–a məlumat verib:

"Dünya feminizmi qadın-kişi hüququnu bərabərləşdirmək üçün böyük mübarizələrdən keçib. Sonunda dünyada insan haqları təmin edilib. Bu günlərdə ilk demokratik respublikamızın yaranmasının yüz illiyini keçirəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımıza seçki hüququ verilib. Cümhuriyyət qurucuları qadınların təhsil alması, ictimai həyatda öndə olması üçün bacardıqlarını ediblər. Saytımızla ideoloji uyğunluq olduğu üçün bu layihəni Cümhuriyyətin yüz illiyinə ithaf edirik”.

Saytın adına gəlincə, Aysel Əlizadə deyib ki, bunu "kişi kimi” deyiminə alternativ olaraq düşünüblər: "Cəmiyyətdə qadın kimi” anlayışı həmişə təhqir sayılıb. Birini aşağılamaq üçün ona "qadın kimisən” deyiblər. Biz buna qarşıyıq. Komandamız müxtəlif sahələrdən olan qadınlar və kişilərdi. Kişi düşmənçiliyi kimi başa düşülən feminizmin əslində insan faktoruna böyük xidmətləri olduğunu izah etməyə çalışacağıq”.

Aysel Əlizadə layihədə əməyi keçən insanlara təşəkkürünü bildirib. Qeyd edək ki, qadınkimi.com saytı bu gün – 14 may 2018  tarixində fəaliyyətə başlayıb. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...