Çayı yalnız narkomanların içdiyini düşünən 1 metrlik insanların yaşadığı kənddən - FOTOLAR

Çayı yalnız narkomanların içdiyini düşünən 1 metrlik insanların yaşadığı kənddən - FOTOLAR
 Texnologiya və elm sürətlə inkişaf etsə də, tarixdəki bəzi məqamlar hələ də çözülməyib.

Hər xırda detal bir-birinə təsir edir və yeni məlumatlar ortaya çıxır. Zaman keçdikcə də yeni sümük qalıntılarına rast gəlinir.

Söhbət İranın Makhunik kəndindən gedir. Bu kənddə 100 il əvvələ qədər boyu 1 metr olan insanların yaşadığı düşünülür. Təbii ki, bu cür düşünmənin də səbəbləri var.

Sfera.az sizə boyu 1 metr olan insanların kəndi haqqında maraqlı məlumatları və görüntüləri təqdim edir.

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

Əfqanıstanın sərhəddindən 75 km uzaqlıda yerləşən Makhunik kəndinin təxminən 1500 il əvvəl qurulduğu bildirilir. Hazırda kənddə yaşayan 700 insanın əksəriyyətinin boyu ortalama olaraq 1.5 metr olsa da, burada 100 il öncə 1 metr boyunda insanlar yaşayırdı. 1500 il əvvəl qurulan kənddəki 200 evdən 70-80 evin tavanı alçaqdır. 10-14 kvadratmetrlik olan evlərin bir küncü taxıl ambarı, digər küncü isə yataq yeri kimi istifadə olunub.

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

2005-ci ildə bu kənddə 25 sm uzunluğunda mumyalanmış bir cəsəd tapılmışdı. Bu cəsəd "Cırtdanlar şəhəri” iddialarını gücləndirsə də, sonradan mumyanın 400 il əvvələ aid olduğu açıqlanıb. Lakin Makhunikdə yaşamış insanların 1 metr boyunda olması iddiaları yenidən davam edib.

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

Kənddə yaşayan insanların boylarının qısa olmasının səbəbi yetəri qədər qida qəbul etməmələri olub. Kənd olduqca quraqlıq bir yerdə yerləşir. Burada heyvandarlıqla məşğul olmaq mümkün olmayıb. Kənd sakinləri yalnız taxıl bitkiləri əkərək məhsul əldə edə biliblər. Bu da kənd sakinlərinin qidalanma prosesinə güclü şəkildə mənfi təsir edib.

Bu kəndlə bağlı daha bir maraqlı məqam isə çaya qarşı olan qadağaları olub. Hazırda İran mətbəxində önəmli yeri olan çay o zamanlar bu kənddə yaşayan insanlar tərəfindən içilmirmiş. Səbəbi isə sakinlərin çayı yalnız narkotik aludəçisi olanların içdiyini düşünmələri olub.

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

20-ci əsrin ortalarına doğru yolların bərpa olunmasından sonra yavaş-yavaş digər kəndlərə ayaq açan Makhunik sakinləri digər qidalarla tanış olmağa başlayıb. Onlar düyü, toyuq və s. əvvəllər dadmadıqları qidaları özlərinin əkib-becərdikləri məhsullarla dəyişərək kəndlərinə gətirirdilər.

Bu kənddəki evlərin belə kiçik olmasının digər səbəbi isə materialları daşıyacaq yolun və heyvanların olmaması ilə bağlıdır. Ayrıca olaraq onu da bildirək ki, bu evlərin kiçik olması onun isinməsi və sərinlədilməsi üçün əlverişlidir.

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

Yüzillər əvvəl yaşamın çətin olduğu bu kənddə hazırda da yaşayış ürəkaçan deyil. Quraqlıq səbəbindən sakinlər kənd təsərrüfatı ilə məşğul ola bilmir.

Kəndin gəncləri işləmək üçün İranın iri şəhərlərinə üz tuturlar. Kənd sakinlərinin tək ümid yeri sahib olduqları maraqlı memarlıq abidələridir. Bununla onlar kəndə turistləri cəlb edib, yeni iş imkanları yaratmağı düşünürlər.

Musavat.com

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü

1 Metre Boyunda İnsanların Yaşadığı Yer: Makhunik Köyü


OXŞAR XƏBƏRLƏR