Ayı keçmiş deputatı parçaladı
14:30 / 05.10.2019
23251
Rusiyanın Yakutiya əyalət məclisinin keçmiş deputatı Aleksandr Krılov Oymyakon rayonunda ayı hücumu nəticəsində ölüb.
Sfera.az bildirir ki, Krılov yoldaşları ilə birlikdə ova gedən zaman ayı ona hücum edib. Əvvəlcə deputat ayıya atəş açıb. Yerə yıxılan heyvana yaxınlaşan zaman isə yaxınlıqda olan digər ayı ona hücum çəkib.
Onun cəsədi Tomtora çatdırılıb.