Aygündən danışan Natəvanın qorxudan dili topuq vurdu - VİDEO

Aygündən danışan Natəvanın qorxudan dili topuq vurdu - VİDEO
Müğənni Natavan Həbibi ötən həftə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevadan danışıb.

BiG.AZ xəbər verir ki, ATV-nin "Bizimləsən" verilişində qonaq olan müğənni İ.Quliyeva ilə bağlı olan xatirələrini yada salıb. O, "Şərəf" və "Şöhrət" ordenli ifaçını çox sevdiyini və onunla mehriban olduğunu dilə gətirib.

Daha sonra isə Natavan Həbibi ad çəkmədən Aygün Kazımovadan danışmağa başlayıb. Bu vaxt ifaçının dili kəkələməyə başlayıb: 

"Mən ad çəkmədən sözlər deyəcəm, hamı məni başa düşəcək, söhbətin kimdən getdiyini anlayacaq. Niyə bu hadisələr 3-4 ay əvvəl olmadı? Niyə 3-4 ay əvvəl onun üstünə getmədilər? Bəlli bir vəziyyət var idi ki, onlara mane olurdu. Onlar ondan qorxurdu. Niyə İlhamə Quliyeva tək qalanda üstünə getdilər? Özü də İlhamə xanımın üstünə indiyə qədər ondan həyatda hamıdan çox qorxan biri getdi”.

Veriliş boyu Natəvan Həbibinin həyəcanlı olması və həyəcandan dırnağını qopartması diqqət çəkib. Aparıcı Zaur Baxşəliyev ifaçının həyəcanlı olduğunu vurğulayıb, hətta kameramandan xahiş edib ki, Natəvanın əsəbdən qopartdığı dırnaqlarını daha yaxından çəksinlər. 

Xatırladaq ki, təqribən il yarım əvvəl İlhamə Quliyeva və Natavan Həbibi arasında yaranan qalmaqalda Həbibi Quliyevanın ünvanına efir vasitəsilə hörmətsizlik etmişdi: 


OXŞAR XƏBƏRLƏR