Aygün Kazımova Almaniyada mükafat aldı - VİDEO - FOTO

Aygün Kazımova Almaniyada mükafat aldı - VİDEO - FOTO

Xalq artisti Aygün Kazımova "Daf Bama Music Awards - 2016" mükafatlandırma mərasimində iştirak edib.

Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  Almaniyanın Hamburq şəhərində baş tutan mərasimdə xalq artisti "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.

A.Kazımova mərasimin keçirildiyi "Barkleykard" arenanın səhnəsində çıxış edib, Snup Doqla birgə ifa etdiyi "Coffee from Colombia" mahnısını səsləndirib.

Mükafatlandırma mərasimindən öncə isə məşhurların qırmızı xalçadan keçidi baş tutub. Müğənni üçün xüsusi olaraq iki özəl geyim hazırlanıb.

Xalq artisti ilə yanaşı Almaniyaya gürcü prodüser Stefani Mqebrişvili, müğənni Rəhim Rəhimli və bütün komandası səfər edib.

Qeyd edək ki, Aygün ilk Azərbaycan müğənnisidir ki, bu beynəlxalq mükafatlandırma mərasimində iştirak edir.

Milli.Az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...