Aydın Xırdalanlı torpağa tapşırıldı - Yenilənib + Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Yenilənib + Fotolar
Ötən gün dünyasını dəyişən tanınmış meyxana ustadı Aydın Xırdalanlının cənazəsi  Xırdalan Cümə Məscidinə gətirilib.  
"Qafqazinfo”nun dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məscidə ifaçının qohumları, dostları, onu sevənlər gəliblər.  

Mərhum meyxanaçının ailə üzvləri isə evdə çəkiliş aparılmasına icazə verməyiblər. 


A. Xırdalanlının nəşi məsciddən yaşadığı mənzilə gətirilib. Mərhumu bir neçə dəqiqə sonra dəfn üçün Xırdalan qəbiristanlığına aparacaqlar. 
***

Məşhur meyxanaçı Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. 
 
Sfera.az












 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

OXŞAR XƏBƏRLƏR