Ayaz Mütəllibov Paşinyana cavab verdi: \"Mən belə deməmişəm...\"

Ayaz Mütəllibov Paşinyana cavab verdi: \
 "Ermənistan baş nazirinin adımı tez-tez xatırlamağa başlaması məni heç narahat etmir. Ancaq Paşinyandan xahiş edirəm ki, yalançı təbliğatında ondan istifadə etməsin".

Bu sözləri Ayaz Mütəllibov Ermənistan rəhbərinin, Azərbaycan eks-prezidentinin Xocalı faciəsində guya Azərbaycan müxalifətinin günahını etiraf etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

"Mən heç vaxt bunu deməmişəm. Əksinə, dəfələrlə bildirmişəm ki, o zaman baş verən hadisələr mənim əleyhdarlarım tərəfindən mənə qarşı istifadə edilib”, - deyə A.Mütəllibov bildirib.

Eks-prezident Paşinyana ölkəsinin problemlərini həll etməyi, xalqların barışması üçün zəmin hazırlamağı və populizmlə məşğul olmamağı tövsiyə edib: "Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə, yuxudan oyananda da mənim adımı sayaqlasın, amma həqiqəti söyləsin. Bir daha təkrar edirəm: Xocalı faciəsi birbaşa Ermənistanın Azərbaycana təcavüzünün nəticəsidir”.

Xatırladaq ki, bir gün əvvəl azərbaycanlı videobloqer Ata Abdullayev Ermənistanın baş naziri Nikol Paşinyanın Milandakı erməni icmasının nümayəndələri ilə görüşündə iştirak edib.

Azərbaycanlı bloqer Ermənistan hökumətinin başçısından soruşub: "Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalıımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”.

Buna cavab olaraq Nikol Paşinyan bəyan edib ki, Xocalı hadisələrində ermənilər deyil, Azərbaycan müxalifəti günahkardır. Bu zaman Ermənistan hökumətinin başçısı qeyd edib ki, guya bunu Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...