Ayaq qoxusundan qurtulmanın ən sadə - ÜSULLARI

Ayaq qoxusundan qurtulmanın ən sadə - ÜSULLARI

Ən çox hərəkətdə olan əzalardan biri də ayaqlardır. Ayaqlar da əllər kimi tərləyə bilər. Əllər mütəmadi havada olduğu üçün tərləsə də,  sonra qoxu yaranmır, ancaq ayaqlarımız çox vaxt ayaqqabının içərisində olduğu üçün tərləyir və xoşagəlməz qoxunun yaranmasına səbəb olur. Ancaq ayaq qoxusundan da qurtulmanın asan üsulları var. 

Hər kəsin edə biləcəyi üsulları Brifinq.az təqdim edir :

Soda
Gündəlik mətbəxdə istifadə etdiyimiz soda ayağımızda xoşagəlməz qoxular yaradan bakteriyaları yox etmək qabiliyyətinə malikdir. Bunun üçün ayaqqabılarınızı geyinməzdən əvvəl içinə bir az soda  tökməyiniz və ya hər axşam ilıq suya 1 qab karbonat töküb, 15-20 dəqiqə müddətində ayaqlarınızı bu suda saxlamağınız məsləhət görülür.

Lavanda Yağı
Lavanda yağı yalnız gözəl qoxmur, o eyni zamanda bakteriyalara qarşı effektiv təsir göstərir. Bu bitki yağı həmçinin ayağınızda yaranan göbələyin də inkişafının qarşısını alır. Bunun üçün gündə iki dəfə corabınızı dəyişərkən ora bir neçə damcı lavanda yağı tökməyiniz lazımdır.

Maqnezium duzu
Maqnezium duzu da ayaq qoxusunun qarşısını almaqda çox təsirlidir. İlıq suya 2 qaşıq maqnezium duzu əlavə edib  ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Bunu yatmazdan öncə etsəniz, daha effektiv nəticə əldə edərsiniz.

Çay
Çayın içərisində olan maddələr ayaq qoxusunun və tərləməyin qarşısını alır. Üç stəkan suya üç qaşıq quru çay tökərək qaynadın. Sonra suyu soyutmaq üçün ora bir az soyuq su əlavə edib, ayağınızı bu suda 20-30 dəqiqə saxlayın. Bu da sizə çox kömək olacaq.

Sirkə
Ayaq qoxusuna qarşı alma sirkəsindən başqa hər növ sirkədən istifadə edə bilərsiniz. Sirkəni isti su ilə qarışdıraraq ayağınızı bu suda 5-10 dəqiqə saxlayın. Sonda sirkə qoxusundan qurtulmaq üçün ayaqlarınızı sabunla yaxşıca yuyun.

Zəncəfil
Zəncəfil kökündən püre düzəldib bir stəkan isti suda 10-15 dəqiqə saxlayın. Daha sonra onu süzüb ayaqlarınızı bu maye ilə masaj edin. Effektiv nəticə üçün bu əməliyyat iki həftə təkrar edin.


OXŞAR XƏBƏRLƏR

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...