Ayaq dırnaqlarınızda meydana gələn göbələkləri təbii yollarla müalicə edə bilməniz artıq mümkün!

Ayaq dırnaqlarınızda meydana gələn göbələkləri təbii yollarla müalicə edə bilməniz artıq mümkün!
Ayaq dırnağından meydana gələn göbələklər ümumiyyətlə ətrafla əlaqədar faktorlara bağlı olaraq inkişaf edər.

Sfera.az bildirir ki, ekoloji faktorlara nümunə verəcək olsaq; nəmlilik, yüksək temperatur, uzun müddət ayaqda qalma, bağlı və hava almayan ayaqqabılar geymə kimi vərdişlər, ayaqda və ya dırnaqda göbələk meydana gəlməsinə səbəb ola bilər.

Ancaq artıq bu probleminizi evdə təbii yollarla müalicə edə biləcəksiniz.
 
Çay ağacı yağı
Marketlərdə tapa biləcəyiniz çay ağacı yağını hər axşam gecə yatmadan əvvəl pambıq köməyiylə problemli bölgəyə tətbiq edin.

Yalnız çay ağacı yağını sürdükdən sonra ayağınızın hava almasını təmin etməniz lazımdır.
 
Ağ sirkə və sarımsaq
İki ədəd sarımsağı yaxşıca əzin. Daha sonra iki yemək qaşığı ağ sirkə ilə harmanlayın. Son olaraq dırnağınıza sürün və yaxşıca bağlayın. Dırnağınız yenilənənə qədər bu əməliyyatı etməyə davam edə bilərsiniz.

Sirkəli su metoddan
Ayağınızı soxa biləcəyiniz bir qabın içərisinə bir yemək qaşığı və ya suyun miqdarına görə sirkə əlavə edin. Hər gecə yatmadan əvvəl ayaqlarınızı 20 və ya 30 dəqiqə bu suyun içərisində gözlədin.

Son olaraq ayaqlarınızı təmiz bir dəsmalla qurulayın. Gün içərisində dırnaqlarınız hava alacaq şəkildə ayaqqabılar geyməyə diqqət göstərin.

Ağız qarqara suları
Ağız çalxalama suyunu ayaq göbələyi müalicəsində istifadə etmək qulağa çox maraqlı gəlir deyil mi? Artıq ağız qarqara suyunu ayaq və ya dırnaq göbələyində də istifadə edə biləcəksiniz.

İlk olaraq ayaqlarınızı yaxşıca yuyun. Quruladıqdan sonra təmiz olan ayaqlarınızı ağız qarqara suyuyla yuyun. Gündə 15 dəqiqə bu əməliyyatı yerinə yetirin.

Limon

Limonun bir möcüzəsi ayaq və dırnaq göbələyində də özünü göstərir. Hər axşam yatmazdan əvvəl ayağınızda yer alan göbələyə 1 neçə damla limon damladın və 15 dəqiqə gözlədin.

Son olaraq limon damlatdığınız göbələkli bölgəni su ilə durulanın. Bu əməliyyatı dırnağınız uzayıncaya qədər davam etdirə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR