evli_wedding_2605230b

Ayağını yorğanına görə uzatmayanlar-Toy israfçılığı

Share Button
  Gültəkin Məmmədova 

Bir xanım tanışım ailə qurduqdan sonra həyat yoldaşı ilə Rusiyaya qazanc arxasınca getdilər. Əlbəttə ki,əksər ailələr kimi onlarında məqsədi, toydan qalan borcları ödəməyə və gündəlik həyat xərclərini təmin etmək idi. Bilirəm deyəcəksiniz ki,burda nə var ki,bu əksəriyyətimizin bildiyi hətta bəlkə də hazırda yaşadığı şeylərdi . Amma söhbətimin "canı " var . Demək bizim bu xanım mənzilində "kirayə” qaldığı rus qadınına"öz toyundan olan çəkilişləri"göstərir . Rus xanımı isə təəccüblə deyir . Mən artıq bir neçə dəfə azərbaycanlı ailələrin toylarına baxmışam." Siz krallar kimi toy edirsiz.Bəs burda "nə işiniz var”. Bizim bu xanım tanışımızda " bu kral toyunun zibilidi elə gəlib buralara çıxmışıq” cavabından başqa söz tapmayıb . Ümumilikdə bütün atalar sözü ilə razılaşan biri deyiləm.Ən azı ona görə ki, " bir atalar sözünə əməl etdinsə " gərək o birisindən də imtina edəsən . Amma bu "yorğanına görə ayağını uzat " atalar sözü çox yerdə özünü xatırladır . Ailə quranda gənclər, ələxsusda ailələri bir – birini qarşılıqlı anlamalı gələcək həyatlarına kölgə salacaq şeylərdən qaçmalıdır. Lüzumsuz , bu göstəriş üçün edilən xərclər elə ilk günlərdən ailədə çətinlik yaradır. Avropadan nə isə götürməyə meyilli olduğumuz bu dövrdə niyə yaxşı şeyləri götürməyək. Toy məclislərini çox sadə keçirilir . Dəvətnamələr həqiqətən bəy və gəlinin xoşbəxtliyinə sevinən insanlara verilir. Toylarıda kifayət qədər əyləncəli olur. Onlar dəbdəbəli toy etmədikləri üçün xoşbəxt ola bilmirlərmi? Vəziyyət o həddə çatıb ki,toydan sonra toy yiyəsi "restoranların " xərcini tam ödəyə, bilirsə təbrik ünvanı bu məsələ olur . Bu gün banklara verilən borcların böyük hissəsinin səbəbi lüzumsuz toy xərclərinin yaratdığı problemlərdir. " Qız evi cehiz pulu " ödəyir. "Oğlan evi” isə toy xərclərinin yaratdığı borcları ödəyir. Azərbaycanlı iş adamlarının, digər ölkələrdə yaşayan "biznesmenlərin”, "milyonçuların " övladlarının toylarına milyonlarla pul xərcləyərək dünya müğənnilərini , aktrisalarını dəvət etdiklərini dəfələrlə eşitmişik. Halbuki , həmin məbləğə yüzlərlə gənci evləndirmək,mənzillə təmin etmək,adını çəkmədiyim xeyir işlərə vəsilə ola bilərik. Əvəzində isə eşidirik,hansı ki , bizim milyonçulardan iş adamlarından yığılan pulla həmin müğənnilər , aktrisalar xeyriyyə tədbirləri keçirdirlər,məktəblər tikdirirlər,yaxud afrikaya yardım göndərirlər və. s Bu lüzumsuz xərclərlə bağlı demədiyim çox sözlər qaldı. Onlarda başqa yazıların mövzusu olsun...
Share Button

DİGƏR XƏBƏRLƏR