Hadİsə

Çay qırağına gedən bacılar dua oxuyub, əl-ələ intihar etdilər - FOTO

Çay qırağına gedən bacılar dua oxuyub, əl-ələ intihar etdilər - FOTO
İki bacı əllərini bir-birinə bağlayıb, özlərini çaya atıb.
 
Özlərini biləklərindən və bellərindən lentlə bir-birinə bağlayan iki bacı Nyu-Yorkdakı Hudson çayına tullanaraq intihar ediblər.

Nyu-York şəhəri baş polis idarəsinin müdiri Dermot Şi hadisə ilə bağlı mətbuata açıqlama verib. O, bildirib ki, intiharın səbəbi hələlik dəqiq bilinmir.
Dermot Şinin dediyinə görə onlar suya atlayarkən diri olublar və işgəncə görən qızlar ölkələrinə qayıtmaqdansa, intihar etməyi üstün tutublar:
"Hazırda əlimizdə əsaslı informasiya yoxdur. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir"

Qızlardan birinin (Tala Farea) 16, digərinin isə (Rotana Farea) 23 yaşı var. 


Hadisə şahidlərinin ifadəsində qeyd olunub ki, qızlar Səudiyyə Ərəbistanına qayıtmaqdansa özlərinə zərər verməyi seçiblər.
Bacıların cansız bədəni oktyabr ayının 24-də yaxınlıqdan keçənlər tərəfindən tapılıb.

Başqa şahid ifadəsində bildirib ki, çay qırağına gələn qızlar təxminən yarım saatdan çox diz üstə çökərək dua ediblər.

Qeyd edək ki, bacılar zorakılığa məruz qaldıqlarına görə ABŞ-dan sığınacaq istəyiblər. Onlar 2 il ABŞ-da, Virciniya əyalətində yaşayıblar./milli.az
 
AdRiver

XƏBƏR LENTİ