Axtarışlardan nə xəbər? - Gəmi, helikopter, təyyarə...

Axtarışlardan nə xəbər? -  Gəmi, helikopter, təyyarə...

““Günəşli” platformasındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Hava şəraiti axrarış üçün tam əlverişlidir. Ancaq itkin düşənlərdən hələlik heç kimi tapmaq mümkün olmayıb”.

Sfera.az xəbər verir ki, bu barədə ans press-ə “Günəşli” platformasında baş vermiş qəza ilə əlaqadar yaradılmış qərargahdan məlumat veriblər. Bildirilir ki, hazırda axtarışlara Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi, 1 helikopteri və 1 təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin 5 axtarış gəmisi və AZAL-ın 2 təyyarəsi cəlb edlib. Bundan başqa itkin düşənlərin tapılması istiqamətində dalğıclar da axtarış işlərini davam etdirirlər.

Qərargahdan ona da bildiriblər ki, neft quyularında yanğının qarşısı tam alınıb:

“Qaz quyularında isə təəssüf ki, hələlik yanğın davam edir. Yanğının qarşısının alınmasında əsas çətinlik hava şəraitidir. Hazırda xarici mütəxəssislər yanan qaz quyularınının söndürülməsi üçün bütün lazım olan texnikanı hazır vəziyyətə gətiriblər”.

Aparılan tədbirlər nəticəsində yanan neft quyularının hamısını söndürmək mümkün olub. Yanan üç qaz quyusunun söndürülməsi istiqamətində isə kompleks tədbirlər davam edir.

FHN-nin dövlət yanğından mühafizə xidmətinin rəis müavini Rza Xudiyev 2 gün əvvəl 10 saylı dərin dəniz özülündə təhlükənin sovuşduğunu bildirmişdi:

“Artıq alovun yanması vertikal vəziyyətdədir. Alovun yanması vertikal vəziyyətdə olanda, yanğın ətraf konstruksiyalar üçün bir o qədər də təhlükə yaratmır. Hazırda yanğının hüdürlüyü 8 metrdir. Bu isə zəif fantanlar qurupuna aiddir. Hesab edirəm ki, yaxın günlərdə yanğının tam söndürülməsi başa çatdırılacaq”.

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-ın məlumatına görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub, 7 nəfərin meyiti çıxarılıb, 23 nəfərin taleyi isə naməlumdur.


OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...