“Axı kim verilən puldan imtina edər?” - İcra Hakimiyyəti

“Axı kim verilən puldan imtina edər?” - İcra Hakimiyyəti
Bayıldakı sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətçidir.

Sfera.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Modern.az-a iddialarla razılaşmadığını bildirib:

"Orada yaşayan sakinlərin heç birinin qeydiyyatı olmayıb. Evlərin hamısı qeyri-qanuni tikilib. Dövlət onları kirayə haqqı ilə təmin edərək, təhlükəsiz əraziyə köçürülməsini təmin edib. Hələ narazılıq da edirlər?! Onların heç biri Səbail rayonun sakini deyil. Müxtəlif rayon sakinləri və məcburi köçkünlərdir. Hətta aralarında başqa yerlərdə mənzilləri olanlar da var. Onu da bildirim ki, kirayə haqlarını rayon İcra Hakimiyyəti müəyyən etmir, normativlərə uyğun olaraq Nazirlər Kabineti müəyyən edir. Biz sadəcə icraçı qurumuq. Ailə tərkibi 1-5 olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8 və daha çox olanlara 300 manat məbləğində 11 aylıq kirayə haqqı müəyyən edilib”.
 
İ.Kərimov bildirib ki, Bayıl ərazisində kirayə haqqı 100-150 manatadır:
 
"Həm də məcburi deyil ki, hamı Bayılda kirayəyə ev tutsun. Bakının 12 rayonu var, hansı onlara uyğundursa, orada da qala bilərlər. Biz buna etiraz etmirik, edə də bilmərik”.
 
İcra Hakimiyyəti rəsmisi bəzi vətəndaşların kirayə haqqını almaqdan imtina etməsi məsələsinə də aydınlıq gətirib: "Axı kim verilən puldan imtina edər? İmtina ediblərsə, demək qalmağa yerləri var. Heç kim də imtina etməyib”.
 
İ.Kərimov vətəndaşların daha çox kirayə haqqı almaq üçün fırıldağa əl atdıqlarını deyib:
 
"Bayıl yamacında sürüşmə nəticəsində 163 nömrəli məktəbdə müvəqqəti məskunlaşan 67 evin sahibinə kirayə pulu ödənilib. İlk dəfə siyahıya alınma zamanı ailə tərkibi 3-4 nəfər olanlar 3 gün sonra gəldi ki, ailədə 8 nəfərik. Qohum-əqrəbada adam qoymayıblar, üstlərinə yazdırıblar ki, guya hamısı burda yaşayırmış. İnanın elə çətinliklərlə qarşılaşırıq, dilə gətiriləsi deyil”.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...