“Axı Eynulla hardan bilsin ki, Şirin Mirzəyev kimdir?..” –Rey Kərimoğlu

“Axı Eynulla hardan bilsin ki,  Şirin Mirzəyev kimdir?..” –Rey Kərimoğlu
Jurnalist Eynulla Fətullayev dünən özünün "Facebook” səhifəsində şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, deputat Flora Qasımova haqda heç bir əsası olmayan hədyanlar səsləndirib.  Keçmiş Qarabağ döyüşçüləri, o cümlədən bilavasitə polkovnik-leytenant Şirin  Mirzəyevin alayında savaşmış veteranlar bunu hiddətlə qarşılayıb. Tanınmış Qarabağ qazisi və jurnalist, 1991-1993-cü illərdə  Şirin Mirzəyevin komandiri olduğu alayın tərkibində kəşfiyyatçı kimi döyüşərək ağır yaralanmış Rey Kərimoğlu  açıqlamasında bunları söyləyib:

" Azərbaycan ictimaiyyəti  gözəl bilir ki, Flora xanım Qasımova savadlı, bilikli bir müəllim, pedaqoq,  hələ sovet dövründən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan milli ruhlu, ləyaqətli  bir Azərbaycan vətəndaşıdır… 

Bəlkə də bəziləri bilmir? Flora Qasımova hələ 1973-cü ildə  Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları sovetinin üzvü olub. Hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür. Qarabağ problemi ilə də bağlı, illərdir ki, imkanları daxilində kifayət qədər çıxışlar edir,  müsahibələr verir, sözünü deyir. Ziyalı, vətənpərvər və obyektiv bir insandır. Eynullanın narahatçılığına gəldikdə isə, narahat olmasın, Flora xanım Qarabağın tarixini, mədəniyyətini yaxşı bilir, problemlə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini də dəfələrlə ifadə edib və  bu gün də bu işi görür. Lazımi məqam yetişəndə də sözünü daha yüksək səviyyədə deyəcək... 

Sözügedən tanınmış(!) sayt rəhbərinin şəhid Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevi tanımamağına gəldikdə isə, yaxşı başa düşürəm, axı  Eynulla Şirin Mirzəyevi haradan tanısın? Onun tanıya biləcəkləri adamlar siyahısında Şirin Mirzəyevin adı olmaya bilər... Amma  əsas odur ki, Şirin Mirzəyevi Azərbaycanı, Qarabağı sevənlərin hamısı tanıyır...
…Şirin Mirzəyev mənim komandirim olub. Azərbaycan ordusunu quranlardandır komandirim... Bununla qürur duyuram... O,1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid oldu. Azərbaycanın Milli Qəhrəmanıdır...” 

"Eynulla, yəqin, növbəti parlament seçkiləri ilə bağlı tapşırıq alıb... Onun sosial-şəbəkədəki son cızma-qaraları da gələn ilki parlament seçkilərinə "hazırlığın”tərkib hissəsidir...”-deyə Rey Kərimoğlu əlavə edib. Moderator

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...