AXCP və Müsavat funksioneri facebookda qırğına çıxdılar

AXCP və Müsavat funksioneri facebookda qırğına çıxdılar
 
Əli Kərimlinin adamları Müsavatı hakimiyyətlə anlaşmada ittiham etdi - qalmaqal başladı
Avropada mühacir həyatı yaşayan AXCP funksioneri Natiq Ədilov facebook səhifəsində paylaşdığı statusda Müsavat Partiyasını hakimiyyətlə anlaşmada ittiham edib. Partiya funksioneri fikirlərinə arqument kimi Müsavat başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmasından və oradakı görüşdən sonra verdiyi açıqlamanı və başqan müavini Səxavət Soltanlının dindarları siyasi məhbus saymağın doğru olmaması ilə bağlı statusunu göstərib. 

AXCP funksionerinin statusundakı ittihamlar bundan ibarətdir: "Bir həftə əvvəl Müsavat başqanı Arif Hacılı ”Bandotdel"ə çağırıldı. Oradan çıxandan sonra belə açıqlama verdi: "İdarənin rəhbərliyi ilə görüşdüm. Bildirdilər ki, radikal dini cərəyanların son dövrlərdə fəallaşması onlarda narahatçılıq doğurub. Müsavat Partiyasının güclü bir partiya olduğunu, ona görə bu narahatçılığı bizimlə bölüşməyə ehtiyac duyduqlarını bildirdilər”.Bu gün başqanın müavini geniş məqalə yazaraq dindarları" "siyasi məhbus” siyahısına salanları korafəhm, savadsız adlandırıb. Beləliklə, bu iki hadisəni sadə qaydada belə icmal edə bilərik. Başqanla görüşə qarşılıqlı anlaşma şəraitində yekun vurulmuşdur".

N.Ədilovun statusunun altındakı rəylərdə müsavatçılar və cəbhəçilər bir-birilərinin ünvanına qarışıqlı ittihamlar səsləndiriblər.

Səxavət Soltanlı ittiham olduğunu statusa bu rəyi yazıb: "İnsaf deyirəm insaf. Deyim ki, o yazı müsavatçılar tərəfindən də tənqid olunur, başqalarının da tənqid edəcəyini bilirdim. Qəliz məsələdir, amma, daha belə hakimiyyətin sifarişi ilə yazılıb deyiləcək qədər aşağı səviyyəli münasibət gözləmirdim. O yazını diqqətlə oxusaydın, dindarlara münasibətimi də, hakimiyyətə münasibətimi də görərdin. ”Məncə" ni "mən mən” ilə qarışdırma".

Müsavat başqanının müavini Yadigar Sadıqov N.Ədilovun bu qədər ağır ittihamlar səsləndirməsinə bu cür şərh verdi: "Başqan müavinləri olaraq mən, Tofiq Yaqublu və Fərəc Kərimli bu siyahıya imza atıblar. Bu siyahını hazırlayanları dəstəkləmişik. O siyahıda xeyli islamçı görüşlərinə görə tutulan şəxs var idi. Səxavət Soltanlı belə bir status yazıb. Burada terminoloji yanaşma var idi. Vicdan məhbusu statusu təklif edib. Bu status siyasi məhbus statusundan daha yüksəkdir. Bu sırf akademik olan bir yazı idi. Müsavatın islamçıların həbsi ilə bağlı mövqeyinin dəyişdiyini özündə ehtiva edən  yazı da deyil. Sadəcə bizim dostlarımız, vaxtı ilə döyüşkən ateist olan Natiq Ədilov indi islamçı mövqedən çıxış edir. İslamçıların cəmiyyətdə mövqelərinin güclənməsini gördükdən sonra. Bundan istifadə ediblər və ilk hücum Natiq Ədilovdan gəlib. Görürəm ki, başqaları də bunu həvəslə davam etdirirlər. Müsavatı hakimiyyətlə anlaşmada qınamağa çalışırlar. Arif Hacılı ”Bandotdel"də olandan sonra Müsavatın üç başqan müavini islamçıların da olduğu siyasi məhbus siyahısını dəstəkləyib. Burada adi hesablama var. Tutaq ki, üç başqan müavini bu siyahını dəstəkləyib, biri guya başqa mövqe tutub. Həddindən artıq subyektiv olmaq lazım, yalnız Müsavata qarşı həddindən artıq qərəzli olub, cəbhəçilərin son illərdə tutduqları mövqeyə, Azərbaycan xalqının mənafeyinə, demokratik mübarizəyə tamamilə ziddi olan mövqeyi davam etdirmək lazımdır ki, bunu Müsavatla hakimiyyətin, "Bandotdel”in razılaşması kimi qələmə verək".
Müsavatçılarla cəbhəçilərin savaşı facebookda müxtəlif səhifələrdə ağır ittihamlarla davam edir. (musavat.com)


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...