AXCP sədrinin müşaviri azadlığa buraxıldı

AXCP sədrinin müşaviri azadlığa buraxıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim azadlığa buraxılıb.

Sfera.az bildirir ki, bunu vəkil Cavad Cavadov bildirib. 

Onun sözlərinə görə, fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə M.İbrahimin şikayətinə baxılıb. 

Qərara əsasən, onun 5 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 1 ay 10 gün azaldılb, yerdə qalan hissəsi isə həbsdə yatdığı günlə əvəzlənib.

M.İbrahim məhkəmə zalından azadlığa braxılıb.

Qeyd edək ki, M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...