Avtomobillərin qiyməti kəskin bahalaşacaq – Gömrük Komitəsi nəyə nail olmaq istəyir?

Avtomobillərin qiyməti kəskin bahalaşacaq – Gömrük Komitəsi nəyə nail olmaq istəyir?


"Gömrük Komitəsinin sözügedən yanaşması həddən artıq sərt və məntiqsizdır. Bu yanaşma Azərbaycanda avtomobil parkının köhnəlməsi və ekoloji duruma daha ağır zərbələrin vurulması ilə nəticələnəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi qurumun 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulması təklifinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:


"Əslində, istər avtomobil, istərsə də digər sahələrlə bağlı olsun, Gömrük Komitəsinin fəaliyyəti gömrüyün özünün fəlsəfəsinə ziddir. Gömrüyün əsas qayəsi daxili bazarın qorunması, daxili istehsalın təşviq olunması yolunda addımlar atmaqdan ibarətdir. Azərbayanda avtomobil istehsalı yoxdur, bu istiqamətdə edilən cəhdlər uğursuz olub”.

 

Ekspert bildirdi ki, DGK sədrinin verdiyi təklifin reallaşması əslində daxili bazarda bahalaşma yaradacaq: "Belə bir yanaşma varsa, 7 il deyil, məsələn istehsal tarixi 10 ildən az olan maşınların gətirilməsinə qadağa qoyulsa, bu zaman məntiqlə hibrid avtomobilləri üçün ümumiyyətlə gömrük rüsumu, ƏDV alınmamalıdır. Bu halda, həm ölkənin avtoparkı yenilənər, həm də ekoloji məsələlərdə irəliləyiş baş verər. Amma qadağa və rüsumu artırmaqla bazarı tənzimləməyi düşünürlərsə, bu səhv yoldur və daxili bazarda qiymət artımına gətirib çıxaracaq. Nəticədə artıq gətirilib istifadədə olan köhnə avtomobillərin vətəndaşlar tərəfindən dəyişdirilməsi imkanları məhdudlaşdırılacaq. Yəni, bahalaşmaya görə maşınını dəyişə bilməyən insanlar hətta keçən əsrin 80-90-cı illərin avtomobilini sürməyə məcbur olacaq ki, bu da ekologiyaya daha böyük zərər vuracaq”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...