Avtomobili olmayan şəxsə RADAR GƏLDİ - Cəlilabadda tragikomik hadisə-Video

Avtomobili olmayan şəxsə RADAR GƏLDİ - Cəlilabadda tragikomik hadisə-Video
 

Cəlilabadda bir gəncin başına iş gəlib. Heç bir avtomobili və ümumiyyətlə sürücülük vəsiqəsi olmadığı halda ondan 10 manat radar cəriməsinin ödənilməsi tələb olunur. Gənc isə avtomobil idarə etməyi belə bilmədiyini deyir. İndi o, cərimənin ona necə gəlib çıxdığını araşdırır.

İndiyə kimi heç bir avtomobili olmadığı halda adına sürət həddinin aşması ilə bağlı protokol gəlib.

Maraqlı hadisə Cəlilabad rayon Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib. Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilib ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə avtomobili 72 km sürətlə idarə edib.

Ceyhun İbişov isə nəinki Bakıda avtomobil idarə etdiyini indiyə kimi heç bir avtomobili olmadığını deyir. Məsləni aydınlaşdırmaq üçün Cəlilabad rayon polis şöbəsinə müraciət edən isə məlum olub ki, həmin avtomobil texniki pasportunda Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.

Olmayan avtomobilinə görə cərimənin ləğv olunmasını istəsələr də hələlik bu baş verməyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hadisə ətraflı araşdırılacaq.


 

OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...